SİYASƏT
SİLAHLI QÜVVƏLƏRİMİZİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK ETMİŞLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan hərbçiləri NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində keçirilən “Fəlakətlər zamanı humanitar yardım əməliyyatları”, Almaniyanın Oberammerqau şəhərində “Çoxmillətli birgə əməliyyatlar mərkəzi” kurslarında, Moldovanın paytaxtı Kişinyovda “Kooperativ Lonqbou Lancer 2006” və Rumıniyanın Kostansa şəhərində “Kooperativ Mako 2006” təlimlərinin əsas planlaşdırma konfranslarında iştirak etmişlər.
Silahlı Qüvvələrimizin nümayəndələri tədbirlərə NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq qatılmışlar.