İQTİSADİYYAT
SOCAR-ın prezidenti “Citi”nin Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru ilə görüşüb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-ın “Citi” investisiya bankının Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru David Livinqston ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə beynəlxalq maliyyə bazarları müzakirə edilib, neft, qaz, neft-kimya, bərpaolunan enerji sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR ilə “Citi” arasında regionun iqtisadi inkişafına və enerji təhlükəsizliyinə töhfə verən bir sıra strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsi də daxil olmaqla 15 ildən artıq davam edən tərəfdaşlıq əlaqələri mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]