İQTİSADİYYAT


SOCAR və tərəfdaşları Massaçusets Texnologiya İnstitutunda Azərbaycan vətəndaşları üçün distant “MikroMaster” proqramını təşkil edir

Bakı, 29 yanvar, AZƏRTAC

SOCAR və Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (SCPC) tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MIT) 35 dövlət qulluqçusunun “MikroMaster” proqramı çərçivəsində “Data, iqtisadiyyat və inkişaf siyasəti” üzrə təliminə başlayır.

AZƏRTAC xəbər verir ki, on ay müddətində distant formada keçiləcək “MikroMaster” proqramı iştirakçıların milli inkişaf strategiyaları və inkişaf layihələri hazırlamaq, həyata keçirmək, qiymətləndirmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədi daşıyır. Fevralın 1-də başlayacaq təlimdə iqtisadiyyat üzrə Nobel mükafatçıları Ester Duflo və Abhijit Banerji, bir sıra MIT professorları iştirakçılara mikroiqtisadiyyat, təsadüfi qiymətləndirmələrin dizaynı və tətbiqi, sosial elmdə data analizi, inkişaf siyasətinin əsasları və ali inkişaf iqtisadiyyatı, siyasi iqtisadiyyat və iqtisadi inkişaf kimi 5 əsas fənni tədris edəcəklər.

Müxtəlif nazirlik və dövlət qurumlarından seçilmiş 107 namizəd proqramda iştirak etmək üçün 2021-ci ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili və riyaziyyat fənləri üzrə imtahandan keçirilib.

On dörd dövlət qurumunu təmsil edən 35 namizəd uğur qazanaraq 2021-ci il dekabr və cari ilin yanvarında 2 aylıq intensiv hazırlıq kursuna cəlb edilib və UNEC professorları tərəfindən aparılan bu kursu müvəffəqiyyətlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.