MƏDƏNİYYƏT
“ŞUŞA AZƏRBAYCANIN TARİX VƏ MƏDƏNİYYƏT İNCİSİDİR” IV ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Şuşa Azərbaycanın
tarix və mədəniyyət incisidir” mövzusunda IV elmi-praktiki konfrans
keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə rejissorlar Xamis Muradovun və Tofiq
Məmmədovun Aydın Dadaşovun ssenarisi əsasında çəkdikləri Şuşadan bəhs
edən “Haray” filminə və “Şuşanın tarixi abidələri” fotosərgisinə
baxmışlar.
Nazir Polad Bülbüloğlu konfransı açaraq Şuşanın düşmənin işğalı
altında qalmasının təkcə şuşalılar üçünü deyil, bütün xalqımız üçün ağır
dərdə çevrildiyini vurğulamışdır. Bu şəhər barədə kədərli notlarla danışmasını şuşalı olması ilə bağlayan natiq bildirmişdir ki, onun uşaqlıq və gənclik xatirələri bu musiqiçilər beşiyi ilə sıx bağlıdır. Rəsmi sənədlərdə qeyd olunduğu kimi, erməni tapdağında qalan bu qoruq şəhərdə 8 muzey, 17 klub, 8 mədəniyyət evi və başqa mədəniyyət abidələri, məscidlər, ata-babalarımızın məzarları və başqa sərvətlərimiz dağıdılmış, talan edilmişdir.
Şuşanın işğalı ilə bağlı cinayətkarların cəzasız qalmayacaqlarını deyən
nazir arzu etmişdir ki, şuşalılar qaçqınlıq həyatı ilə barışmayaraq, doğma
torpaqlara qayıtmaq ümidini bir an da itirməsinlər.
Konfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami
Bəhmənov, Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili Elmira Süleymanova, Bakı Dövlət Universitetinin professoru
Xəqani Məmmədov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və başqaları konfransda məruzə etmişlər. “Şuşa sakinləri: Dünən və bu gün”, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması və onun zərərli nəticələri tarixindən”, “Şuşa rəssamlıq məktəbinin dünəni və bu günü”, “Musiqi beşiyimiz Şuşa” və sair məruzələrdə son nəticə kimi vurğulanmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin başçısı İlham Əliyev tərəfindən görülən işlər yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad olacağına böyük ümidlər yaradır.