İDMAN


Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 22-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparan 20 komanda arasından son on vəsiqənin sahibləri avqustun 22-də və 23-də keçiriləcək qarşılaşmalardan sonra müəyyənləşəcək.

İlk oyunda minimal hesabla qələbə qazanan Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası pley-off mərhələsinin ikinci günündə Danimarkada “Kopenhagen” klubunun qonağı olacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 22-də keçiriləcək oyunlar aşağdakılardır:

“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - ilk oyunun nəticəsi 0:5.

“Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) - 1:2.

“Maribor” (Slovaniya) – “Hapoel” (Beyer-Şeva, İsrail) - 1:2

“Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə) - 2:1.

“Nitsa” (Fransa) – “Napoli” (İtaliya) - 0:2.

Avqustun 23-də isə aşağıdakı qarşılaşmalar oynanılacaq:

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 0:1.

“Slaviya” (Çexiya) - APOEL (Kipr) - 0:2.

“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) - 2:1.

“Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) - 0:0.

“MOİK” (Rusiya) - “Yanq Boyz” (İsveçrə) - 1:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.