ELM VƏ TƏHSİL


Sabahdan kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlanır

Bakı, 28 sentyabr, AZƏRTAC

Sabahdan həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlanır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi sentyabrın 29-dan oktyabrın 3-dək internet vasitəsilə aparılacaq.

Xatırladaq ki, DİM 9 və 11 illik orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının 11-ci nömrəsini və jurnalın xüsusi buraxılışını nəşr edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.