REGİONLAR
Sabirabadda ev yanıb, ana və iki oğlu ölüb
Sabirabad, 3 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın gecə saat 3 radələrində Sabirabad rayonunun Zəngənə kəndində Nağıyevlər ailəsinə məxsus fərdi yaşayış evində baş verib. İlkin ehtimala görə, kondisionerin naqilində baş verən qısaqapanma nəticəsində ikmərtəbəli çiy kərpicdən inşa edilən ev tamamilə yanıb və uçub. Bu zaman evdə olan ana və iki oğlu ölüblər.
Yanğın yerinə baxış zamanı uçqunun altından evdə yaşayan Zəngənə kənd sakini Nağıyeva Şəbnəm Əfsər qızının, oğlanları Nağıyev Xəyal Elmin oğlu və Nağıyev Ceyhun Elmin oğlunun yanmış meyitləri aşkar edilib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.