REGİONLAR
Sabirabadda tərəvəz sahələrindən 53 min tondan çox məhsul yığılıb
Sabirabad, 2 oktyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda tərəvəz yığımı başa çatmaq üzrədir. Məhsul istehsalçıları tərəvəz sahələrindən bu günədək 53 min 45 ton məhsul tədarük ediblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında sabirabadlı əkinçilər 3 min 437 hektar sahədə tərəvəz əkiblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək yığım apardıqları tərəvəz sahəsindən 53 min 45 ton məhsul yığıblar. Ötən il isə bu rəqəm 46 min 446 ton olub.
Tədarük olunan məhsulun 1481.8 tonunu kələm, 1812.6 tonunu bibər, 13 min 151.3 tonunu xiyar, 18 min 80.6 tonunu pomidor, 6 min 286.9 tonunu badımcan, 5 min 599.5 tonunu soğan, 2 min 949 tonunu sarımsaq, 343.7 tonunu yerkökü, 426 tonunu süfrə çuğunduru, 1610.1 tonunu boranı,1304.3 tonunu isə sair tərəvəz təşkil edib. Əkinçilər, həmçinin 132 min 301 ton bostan məhsulları da tədarük ediblər.
Rayonda tərəvəz yığımı davam edir.