REGİONLAR
Şabranda çətənə kolları becərən şəxs saxlanılıb
Şabran, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kultivasiya yolu ilə çətənə kolları yetişdirən rayon sakinini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri Padar kənd sakini Fikrət Paşayevə məxsus evin həyətyanı sahəsində aşkarlanıb. Şahidlərin iştirakı ilə həmin sahəyə baxış zamanı 8 ədəd çətənə kolu müəyyən edilib.
Dindirilmə zamanı F.Paşayev çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]