REGİONLAR


Şabranda su kanallarının təmizlənməsi işləri yekunlaşmaq üzrədir VİDEO

Şabran, 8 mart, Elxan Yusifli, AZƏRTAC 

Şabranda yaz suvarma mövsümü öncəsi su kanallarının təmizlənməsi işlərinin 90 faizi yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun əkinəyararlı sahələrinin suvarılması üçün istifadə olunan 769 kilometr kanalın mart ayına kimi təmizlənməsi nəzərdə tutulub.

Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.

Şabran Suvarma Sistemləri İdarəsinin rəisi Adil Şamilov bildirib ki, kanalların lildən və kol-kosdan təmizlənməsi işləri yaz suvarma dövrünə kimi yekunlaşdırılacaq. Rayonun əkinəyararlı sahələrini suvarmaq üçün 157 kilometr təsərrüfatlararası, 612 kilometr isə təsərrüfatdaxili kanallardan istifadə olunur. Kanalların təmizlənməsi işlərinə 14 texnika cəlb olunub.

Əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə hər il su kanalları və arxları lil və kol-kosdan təmizlənir. Suvarma əsasən Sudan İstifadəçilər Birlikləri ilə bağlanmış müqavilə əsasında aparılır.

Görülən işlər nəticəsində Şabranda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaranmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.