İQTİSADİYYAT
Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 26 aprel, AZƏRTAC
Bakının Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni çəkilmiş diametri 76 millimetrlik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89 millimetrlik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçıvanski küçəsi 72 ünvanında yeraltı diametri 108 millimetrlik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar aprelin 27-də saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində, eləcə də Nizami rayonunun Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.