CƏMİYYƏT
Sabunçuda uşaq bağçasında yanğın olub
Bakı, 11 sentyabr, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 430 kvadratmetr olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticədə binanın bir otağı 35 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı uşaq bağçasında olan azyaşlılar təxliyə edilib. Xəsarət alan olmayıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]