ELM VƏ TƏHSİL


“Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib

Bakı, 29 aprel, AZƏRTAC

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə əməkdaşlığı ilə “Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən şagird və tələbələr üçün “Enerji içkilərinin insan orqanizminə təsiri” mövzusunda ilk vebinar keçirilib. Tədbirin keçirilməsində məqsəd enerji içkilərinin insan orqanizminə zərəri, uşaq və gənclər arasında bu istiqamətdə təlim-tərbiyə və təbliğat işlərinin gücləndirilməsindən ibarət olub.

Görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri, dərnək rəhbərləri, məktəblilər, Bakı Dövlət Universitetinin tələbələri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin könüllüləri iştirak ediblər. Tədbir iştirakçılarına enerji içkilərinə dair sanitariya norma və qaydaları, onların daşınma, qablaşdırma və etiketlənmə qaydaları, həmçinin insan orqanizminə təsiri haqqında ətraflı məlumat verilib.

Vebinarda institut əməkdaşları tərəfindən həyata keçirilən maarifəndirici tədbirlərdən bəhs edilib, qida təhlükəsizliyi mövzusunda sosial videoçarx təqdim olunub, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.