İQTİSADİYYAT


“Şahdəniz-2” layihəsi mükafata layiq görülüb

Bakı, 13 iyul, AZƏRTAC

“Şahdəniz-2” ən yaxşı mühəndislik layihəsi mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, “Royal Academy of Engineering” (“Kral Mühəndislik Akademiyası”) BP-nin “Şahdəniz-2” layihəsini ən yaxşı mühəndislik layihəsi mükafatı ilə təltif edib.

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib ki, layihə üzrə texniki cəhət əlçatanlığına nail olmaq üçün sənayenin ən müasir texnologiyalarından istifadə edilib.

“The Royal Academy of Engineers”in mükafat komitəsinin sədri Raffaella Ocone bildirib ki, “Şahdəniz-2” layihəsi mühəndislik həllərinin öhdəsindən layiqincə gəlinməsinin əyani sübutudur.

BP-nin mühəndislik meneceri Mark Tatum isə qeyd edib ki, 2018-ci ildə layihə üzrə Türkiyəyə ilk təbii qaz həcmlərinin təhlükəsiz və etibarlı tədarükü “Şahdəniz-2”nin uğurudur.

Qeyd edək ki, “Şahdəniz-2” və ya yatağın tammiqyaslı işlənməsi layihəsi “Şahdəniz-1” layihəsi üzrə çıxarılan illik 10 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir. Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşu həyata keçirilib. Əlavə kəmər sistemləri vasitəsilə Cənub Qaz Dəhlizi marşrutu üzrə 6 milyard kubmetr qazın Türkiyəyə nəqlinə başlanılıb, daha 10 milyard kubmetr qazın Avropa bazarına çatdırılması isə gələn il mümkün olacaq. “Şahdəniz” qazı 2500 metr hündürlüyə qalxan və dəniz dibində 800 metr dərinliyinə enən 3500 kilometrlik boru kəmərləri ilə qitəyə nəql ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.