İQTİSADİYYAT
“Şahdəniz”dən bu vaxta kimi 91,7 milyard kubmetr qaz, 23 milyon ton kondensat hasil olunub
Bakı, 8 may, AZƏRTAC
“Şahdəniz” qaz yatağı istismara veriləndən indiyədək təxminən 91,7 milyard kubmetr qaz, 23 milyon ton kondensat hasil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.
“Azərbaycanın uzunmüddətli enerji siyasətinə Heydər Əliyevin digər böyük töhfəsi 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş idi. Bu saziş dünyada qaz yataqlarına marağın az olduğu və enerji təhlükəsizliyi məsələsinin Avropa üçün xüsusi əhəmiyyət daşımadığı bir vaxtda imzalansa da, illər sonra aktuallıq qazanan enerji şaxələndirməsi, enerji təhlükəsizliyi kimi prioritetlərin burada necə uzaqgörənliklə proqnozlaşdırıldığını zamanla təsdiqlədi. Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan həmin saziş sayəsində ölkəmiz qaz idxalatçısından ixracatçısına çevrildi. “Şahdəniz” qaz yatağı istismara veriləndən indiyə kimi təxminən 91,7 milyard kubmetr qaz, 23 milyon ton kondensat hasil olunub”, - deyə nazir qeyd edib.