İQTİSADİYYAT
Sahibkarlar "Afghan Plast Expo" Beynəlxalq Plastmas Sənayesi Sərgisinə dəvət olunurlar
Bakı, 21 aprel, AZƏRTAC
Sahibkarlar mayın 2-5-də Əfqanıstan İslam Respublikasının paytaxtı Kabil şəhərində keçiriləcək "Afghan Plast Expo" I Beynəlxalq Plastmas Sənayesi Sərgisinə dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgi Əfqanıstan sənayesini dünyaya tanıtmaq, ölkədə, xüsusilə də plastmas sənayesində mövcud olan potensial investisiya imkanlarını təqdim etmək məqsədi daşıyır. Sərgi plastmas sənayesində fəaliyyət göstərən bütün yerli və beynəlxalq firmalar, şirkətlər, fabriklər, treyderlər və sənayeçilərə məhsullarını nümayış etdirmək və potensial alıcı və müştəriləri cəlb etmək üçün layiqli platforma olacaq.
"Afghan Plast Expo" sərgisində iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.