REGİONLAR


Şahidə Mehdiyeva: Bahar festivalının iştirakçıları Özbəkistan mətbəxinə böyük maraq göstərirlər

Şəki, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC

“ASAN xidmət”in tabeliyində olan “İnnovasiyalar Mərkəzi” tərəfindən Şəkidə təşkil edilən Bahar festivalında Özbəkistan səfirliyinin nümayəndəsi olaraq iştirak etməyimdən çox məmnunam. Festival çox yüksək səviyyədə təşkil olunub. Burada Azərbaycanın bölgələri ilə yanaşı, Özbəkistan da öz turizm potensialını, mədəniyyətini, mətbəx nümunələrini sərgiləyir.

Bu sözləri Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Şahidə Mehdiyeva Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Səfirliyin nümayəndəsi bildirib ki, burada festival iştirakçılarına Özbəkistanın Novruz bayramı süfrəsinə aid “quştili”, “boğursaq”, “çavçaq”, “gücvaray” kimi şirniyyatlar təqdim olunur. “Özbəkistanda Novruz bayramında “sumələk” adlı yemək də bişirilir. Bu yeməyi hazırlamaq üçün səməni cücərdilir, sıxılaraq suyu çıxardılır. Sonra 24 saat ərzində su əlavə etməklə dayanmadan qarışdırılaraq bişirilir. Qəhvəyi rəngə çalan bu yeməyin çox böyük müalicəvi əhəmiyyəti var”, - deyə səfirliyin nümayəndəsi qeyd edib.

Festivalın çox maraqlı və şən keçdiyini vurğulayan Şahidə Mehdiyeva Qubada təşkil olunan bayram tədbirlərində də iştirak edib. O, Masallıda təşkil olunacaq Bahar festivalında da Özbəkistan səfirliyini təmsil edəcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.