ELM VƏ TƏHSİL


“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 24 aprel, AZƏRTAC 

Ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun paytaxt üzrə rayon birinciliyinin qalibləri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, qalib komandalara diplom, fəxri fərman və kubok verilib.

Paytaxtın Binəqədi rayonu üzrə 100, Xəzər rayonu üzrə 26, Sabunçu rayonu üzrə 148, Qaradağ rayonu üzrə 195, Nizami rayonu üzrə 328, Nərimanov rayonu üzrə 178, Yasamal rayonu üzrə 20, Xətai rayonu üzrə 221 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyanın, Nəsimi rayonu üzrə Bakı Atatürk Liseyinin, Suraxanı rayonu üzrə isə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın komandaları qalib olub.

Qaliblər aprelin 27-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.