SİYASƏT
Şair Ramaldanov: Vətən müharibəsində Azərbaycanın döyüş taktikası dəyişdi, amma Ermənistanın taktikası 1990-cı illərdə olduğu kimi idi
Bakı, 22 oktyabr, AZƏRTAC
Biz xoşbəxt nəslin nümayəndələriyik. Biz qəhrəman xalqıq. Çünki torpaqlarımızı düşmən tapdağından azad etmişik. Azərbaycan Ordusu çox güclüdür və daha da güclənəcək.
Orduda, döyüş meydanında sərkərdənin, Ali Baş Komandanın olması mühüm şərtdir. Xoşbəxtik ki, Silahlı qüvvələrimizin Prezident İlham Əliyev kimi müdrik Sərkərdəsi var.
AZƏRTAC xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də keçirilən iclasında deyib.
Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirdiyini diqqətə çatdıran hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına çıxmasına nail ola bilib. Qələbəmizin də əsasında məhz bu amil dayanır.
Şair Ramaldanov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın döyüş taktikası dəyişdi, amma Ermənistanın taktikası 1990-cı illərdə olduğu kimi idi.