MƏDƏNİYYƏT


“Şair və yazıçılarımızı necə tanıyırıq?” adlı tədbir keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Şair və yazıçılarımızı necə tanıyırıq?” adlı tədbir təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın daimi oxucuları Azərbaycan ədəbi aləminin zəngin irsini və poeziya nümunələrini ətraflı müzakirə ediblər.

Kitabxana əməkdaşı Dilşad Əliyeva oxuculara şair və yazıçılarımız, eləcə də onların əsərləri haqqında geniş məlumat verib. “Azərbaycan ədəbiyyatının görkəmli simaları hər biri ayrı-ayrılıqda gələcək nəsillər üçün böyük yadigardır. Onlar dünənimizin qədim ənənələrini, eləcə də bu günümüzün yenilikçi fikirlərini öz qələmi ilə Azərbaycan ədəbiyyatının tarixinə qızıl hərflərlə həkk edib. Hər bir azərbaycanlı gəncin borcudur ki, ədəbiyyatımıza hərtərəfli bələd olub, şair və yazıçılarımızı yaxşı tanısın”, - deyə kitabxana əməkdaşı bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.