DÜNYA


“Salli” tropik fırtınası ABŞ-a doğru irəliləyir

Vaşinqton, 15 sentyabr, AZƏRTAC

Növbəti tropik fırtına ABŞ-a doğru irəliləyir. Bu fırtına quruya keçdikdə qasırğaya çevriləcək.

AZƏRTAC xəbər verir ki, “Salli” tropik fırtınası Meksika körfəzi boyunca irəliləyir və sinoptiklərin proqnozuna görə, bu fırtına Meksika körfəzi sahillərinə çıxdıqda gücünə görə qasırğaya bərabər olacaq.

Sentyabrın 14-ü axşama olan vəziyyətə görə fırtına Missisipi çayının mənsəbindən 200 kilometr cənub-qərbdə olub. O, saatda 15 kilometr sürətlə qərbdən şimal-qərbə irəliləyib, küləyin maksimum sürəti isə saatda 97 kilometr səviyyəsində qalıb. “Salli”nin bu gün Luiziana ştatının cənub-qərbi ilə Missisipi-Alabama ştatlarının sərhədi arasında sahilə çıxacağı gözlənilir.

Sinoptiklər təsdiqləyirlər ki, “Salli” bazar ertəsi sürətlə güclənməkdə davam edib. Onlar fırtınanın birinci dərəcəli qasırğaya çevriləcəyini proqnozlaşdırırlar. Lakin amerikalı meteoroloqlar küləyin və yağışın təsirindən “Salli”nin qasırğalar üçün 6 ballıq “AccuWeather RealImpact” şkalası üzrə 2 bal gücündə olacağını müəyyən ediblər. Fırtına Floridanın cənub-qərbinə yaxınlaşanda yerli hakimiyyət orqanları “Salli”yə hazırlıq tədbirləri görməyə başlayıblar. Luiziananın qubernatoru Con Bel Edvards qasırğa başlanmamış fövqəladə vəziyyət elan edib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.