REGİONLAR


Salyanda 9 yaşayış binası qazlaşdırılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində işləri sürətlə davam etdirir.

İB-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 16-da Salyan rayonunda 9 yaşayış binasının qazlaşdırılmasının açılış mərasimi baş tutub.

Tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, baş direktorun satış üzrə müavini Rəşad Cavadov, İB yanında yaradılan “İctimai Şura”nın sədri Xəyal Bəşirov, sədr müavini Rəşad Quliyev və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər. Rayonun 20 Yanvar və “RTS” adlanan küçələrində yerləşən 119 mənzildən ibarət 9 yaşayış binasının qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumilikdə 2882 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsilə qaz xətti çəkilib. Hər bir mənzilə sonradan ödənişli sayğac quraşdırılıb.

Qeyd edək ki, “Azəriqaz” İB bu cür müraciətlərlə bağlı aksiyalarını davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.