REGİONLAR
Salyanda yol qəzası baş verib
Salyan, 23 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanda baş verən yol qəzasında bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Babazənan yaşayış məntəqəsinin sakini Cəmil Kamil oğlu Əhmədov nəqliyyat vasitəsi ilə magistralda hərəkətdə olarkən qarşıda gedən maşından mişar daşının düşməsi nəticəsində idarəetməni itirib. O, avtomobili yolun kənarında saxlayıb düşmək istəyərkən digər nəqliyyat vasitəsi onun maşınını vuraraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sürücü Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]