REGİONLAR


Şamaxı üzümçüləri quru budamanı başa çatdırıblar

Şamaxı, 5 mart, AZƏRTAC

Şamaxı rayonunda üzümçülükdə mühüm aqrotexniki tədbir olan quru budama işləri başa çatdırılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Şamaxıda 1835 hektar üzüm bağı var. Bağların da 1673 hektarı bar verir. Plantasiyalarda yüksək məhsuldarlıq üçün zəruri olan quru budama mütəxəssislərin nəzarəti altında aparılıb. Bu işdə 800 nəfərdən çox işçi çalışıb.

Qeyd edək ki, quru budama ilə yanaşı, plantasiyalarda cərgə aralarının şumlanması da yekunlaşıb. Hazırda bağlarda bağlama işləri aparılır, habelə xəstəliklərə qarışı profilaktik tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.