REGİONLAR
Şamaxıda sahələrdən indiyədək 1500 tona yaxın kartof yığılıb
Şamaxı, 5 avqust, AZƏRTAC
Şamaxı rayonunda kartof yığımı davam edir və hələlik sahələrdən 1496 ton məhsul götürülüb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, carı mövsümdə 326 hektarda kartof əkilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çoxdur. Hələlik 220 hektarın məhsulu yığılıb və hazırda şimal dağlıq ərazilərdən yığım davam etdirilir. Rayonun cənub ərazilərində, o cümlədən Kələxana, Qurdtəpə, Adnalı, Şərədil, Muğanlı ərazi dairələrində məhsul toplanışı başa çatdırılıb.
Qeyd edək ki, kartofçuluq Şamaxı rayonunda ənənəvi təsərrüfat sahəsidir. Ötən il 2193 ton kartof tədarük olunan bölgədə cari mövsümdə 2300 tondan çox məhsul götürüləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]