REGİONLAR
Samuxda 7382 istehsalçıya əkin və yanacağa görə subsidiya plastik kartlarla ödənilib
Samux, 10 mart, Rauf Hacıyev, AZƏRTAC
Samuxda bu ilin məhsulu üçün 13347 hektar sahədə şum qaldırılıb, 10347 hektar sahədə payızlıq səpin işləri aparılıb ki, bunun 5797 hektarı buğda, 3765 hektarı arpa, 777 hektarı xəsildir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə əkin və yanacaq dəyərinə görə 7382 istehsalçıya 1140539 manat, o cümlədən 5305 hektar buğda əkini üzrə 477480 manat, təkrar əkinə görə 96 istehsalçıya 166108 manat, çuğundur əkininə görə 151 istehsalçıya 67812 manat subsidiya plastik kartlarla ödənilib.
Eyni zamanda, istehsalçılara güzəştli şərtlərlə 1,7 milyon manat dəyərində 2725 ton müxtəlif növ gübrələr və 234 min manat dəyərində müxtəlif növ pestisidlər satılıb ki, onların da dəyərinin 70 faizi dövlət vəsaiti hesabına ödənilib.