İQTİSADİYYAT
Səbail rayonunda dövlət əhəmiyyətli obyektlərin tikintisi davam edir
Bakı, 4 mart (AZƏRTAC). Səbail rayonunda dövlət əhəmiyyətli iri obyektlərin tikintisi davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayon ərazisindəki Parlament prospektində “Alov qüllələri” kompleksinin, Badamdar qəsəbəsində “Oksford” məktəbi üçün yeni tədris korpusunun, 70 çarpayılıq Mərkəzi Xəstəxana binasının inşası, 2 nömrəli şəhər Poliklinikasının binasının isə əsaslı təmir edilir.
Bundan əlavə, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Neftçilər prospektindəki Əl Oyunları stadionunun əsaslı təmiri davam etdirilir.
Cari ilin sentyabr ayında isə Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə uzanan Əhəd Yaqubov küçəsində 1200 şagird üçün nəzərdə tutulmuş Müasir İstedadlar Məktəbinin və Bakı Fransız liseyi istifadəyə verilərək fəaliyyətə başlamışlar.
Hazırda məktəb üçün idman və yataqxana kompleksi tikilir.