CƏMİYYƏT
Səbail rayonunda işlərində nöqsanlara yol vermiş vəzifəli şəxslərə xəbərdarlıq edilib
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət orqanlarının ünvanına səsləndirdiyi iradlar Səbail Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə geniş müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının konfransdakı geniş məzmunlu nitqindən irəli gələn vəzifələr barədə danışıb. O, son vaxtlar rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə də bəzi yerlərdə nöqsanların olduğunu qeyd edib. Bununla bağlı bəzi qurumlara və vəzifəli şəxslərə ciddi xəbərdarlıq olunub, müvafiq tapşırıqlar verilib.