ELM VƏ TƏHSİL


“Şəbəkə inzibatçısı” istiqaməti üzrə qısamüddətli təlimlərə qeydiyyat aparılır

Bakı, 29 noyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində keçiriləcək “Şəbəkə inzibatçısı” istiqaməti üzrə təlimlərə qeydiyyat davam edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak etmək istəyənlərin elektron ərizələrinin qəbulu dekabrın 20-dək aparılacaq.

Təlimlərə peşə, orta ixtisas və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı başlanğıc səviyyə ingilis dili bilikləri və informasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsi olanlara üstünlük veriləcək. Seçilmiş şəxslər şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, “İP rutinq” və “Lan sviçinq” texnologiyası haqqında biliklər əldə edəcək, eyni zamanda, onları təcrübədə tətbiq etmək imkanı qazanacaq.

Dərslər nəzəri və praktiki hissələrdən ibarət olacaq. Təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.