Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şəbnəm Həsənova: Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır

Şəbnəm Həsənova: Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır

Bakı, 7 may, AZƏRTAC

Bəşəriyyəti bəlaya salan koronavirus kabusunun acı fəsadlarının davam etdiyi bir vaxtda ölkəmizdə sosial layihələr və islahatlar davam etdirilir, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə səsləndirilən fikirlər, Prezidentimizin bu günlərdə Abşeron rayonu ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirakı, Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3 min 42 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanışlığı və digər tədbirlərdə iştirakı bir daha təsdiqləyir ki, dünyanı koronavirus təhlükəsi bürüsə də, ölkəmizdə iri layihələrin icrası davam etdirilir, dövlət başçısı həmin layihələrin icrası ilə şəxsən tanış olur. Bu gün Azərbaycan həyəcanla və təşvişlə “Sabah necə olacaq?” sualına yox, “Gələcəyimi necə daha parlaq edə bilərəm?” sualına əminliklə cavab axtarır.

Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib: “Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırır. Koronavirus pandemiyasına qarşı aparılan mübarizədə də Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından dünyada nümunəvi dövlətlər sırasında yer aldı. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir. Buna nümunə kimi, ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsini də göstərmək olar: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, Dünya Dini liderlərinin Zirvə görüşləri və s. Artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan sədrlik edir. Həmçinin BMT-dən sonra dünyada ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın bu böyük təsisata 3 il ərzində sədrlik edəcəyi qərara alındı. Bütün bunlar ölkəmizin dünya dövlətləri arasında özünü etibarlı tərəfdaş kimi sübut etməsi, eyni zamanda, dünyada sabitlik məkanı kimi tanıtması nəticəsində mümkün olub. Bununla yanaşı, mövcud amil Azərbaycanın beynəlxalq müstəvidə artan rolundan və nüfuzundan xəbər verir. Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub. Belə ki, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə ciddi dəstəklərini ifadə etməklə yanaşı, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı həmrəylik nümayiş etdiriblər. Bütövlükdə, ötən il tarixə əsaslı islahatlar ili kimi daxil oldu. Siyasi, iqtisadi, kadr, struktur və sosial sahələrdə aparılan islahatlar Azərbaycanın gücünü daha da artırıb. Regional və beynəlxalq layihələrin uğurlu icrası bu il də davam etdirilib, bir sıra böyük nailiyyətlər əldə olunub”.

Şəbnəm Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanı regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır. Bu uğurlu strategiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq, eyni zamanda, terroru, faşist ideologiyasını dövlət siyasətinə çevirən Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan da məharətli şəkildə yararlanır. Bu geniş auditoriyalar “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyası, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası və heç şübhəsiz ki, Ermənistanın baş nazirinin ifşa olunmasının kulminasiya nöqtəsi hesab edilən Münxen Təhlükəsizlik Konfransı idi. Konfrans çərçivəsində ölkə başçımız düşmən tərəfin əsassız arqumentlərini tutarlı faktlarla alt-üst edərək, tarixi ədalətə və beynəlxalq hüquq normalarına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha sübut edərək, sözün əsl mənasında, Paşinyanın kürəyini yerə vurdu. Elə cənab Prezidentin öz nitqinə istinadən: “İdman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”.

Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi də Azərbaycanın artan iqtisadi gücünü geniş şəkildə əks etdirir. Sözügedən məqalə dünya iqtisadçıları tərəfindən rəğbətlə qarşılanıb və gələcək iqtisadi artıma zəmin yaradıb.

Bunlarla yanaşı, iki güc qütbü - Moskva və Vaşinqton Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyündən önəmli görüşlər üçün məhz Bakını seçiblər. ABŞ, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin bir sıra mühüm səbəbləri var. Bu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunması istiqamətində tərəfdaş kimi çıxış etməsi və bu müstəvidə davamlı olaraq mühüm mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanması, etibarlı tərəfdaş olması və şübhəsiz ki, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilləri ilə bağlıdır.

Bu gün dünya ölkələrinin bir çoxunda ictimai-siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin artdığının, hətta bəzi dairələrin dini amildən bir vasitə kimi istifadə edərək, sülhə və təhlükəsizliyə təhdid törətdiyinin şahidi oluruqsa, belə bir çətin şəraitdə Azərbaycanın, sözün həqiqi mənasında, əsl tolerantlıq nümunəsi olduğunu görürük. Məhz bu amilin əks-sədası ölkəmizin sərhədlərini aşaraq, dünyanın bir çox dövlətlərində də geniş rezonans doğurur. Ölkəmiz bu istiqamətdə bir çox mühüm beynəlxalq tədbirlərə də ev sahibliyi edib.

Heç çəkinmədən deyə bilərik ki, bu gün Azərbaycan bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına öz mühüm töhfəsini verir və elə bu baxımdan da dünyaya nümunədir. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində respublikamız səylərini durmadan davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında hökm sürən harmoniya bu gün daha da möhkəmlənmişdir.

Dünyanın başı üzərini koronavirus təhlükəsi alan gündən bəri həyata keçirilən qabaqlayıcı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək dəyərləndirilir. Bu təşkilatın COVID-19-la bağlı qlobal pandemiya elan etdiyi bir vaxtda hər bir ölkə öz əhalisinin sağlamlığının qorunması və virusun daha geniş yayılmaması üçün lazım olan bütün labüd addımları atır. Heç şübhəsiz ki, Azərbaycan dövləti də bu məsələyə həssaslıqla yanaşan ilk ölkələrdən biri olmuşdur. Məsələ ilə əlaqədar dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, COVID-19 infeksiyası ilə əlaqədar olaraq ölkədə pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlanıldı. Digər tərəfdən, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verməsi onu göstərir ki, ölkəmiz məsələnin həlli istiqamətində nəinki xalq olaraq daxilində özü həmrəydir, həm də yüksək bəşəri missiya yerinə yetirərək, bəşəriyyətin təhlükəsizliyinə də töhfə verir. Hazırda ölkə vətəndaşlarının normal həyat şəraitinin pozulmaması və insanların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələdir. Bu istiqamətdə dövlətimiz lazım olan bütün zəruri addımları atır.

Prezident İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü Azərbaycanın türk dünyasında tutduğu mühüm mövqeyin bir daha sübutudur. Həmin görüşdə koronavirus pandemiyası ilə mübarizə məsələləri müzakirə olundu və bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi qabaqlayıcı tədbirlər planı təqdir olundu. Azərbaycan Prezidenti İlham Əliyev hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədridir. Naxçıvan müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq ehtiyac olduğu təqdirdə fəaliyyətdə olan sədr fövqəladə görüşlər çağırmaq səlahiyyətinə malikdir. COVID-19 virusunun “diktəsi” ilə yaranmış şəraiti nəzərə alaraq budəfəki Zirvə görüşü videokonfrans formatında baş tutdu ki, bunun ideya müəllifi məhz dövlətimizin başçısı idi.

Prezidentin bu təşəbbüsünün şuraya üzv ölkələr tərəfindən müsbət qarşılanması, həm də ölkə başçımıza olan hörmətin və rəğbətin bariz nümunəsidir. Eyni zamanda, mövcud şəraitlə əlaqədar bir ilk də yaşandı və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus da videokonfransa qoşuldu. ÜST-nin Baş direktoru Azərbaycanın pandemiyaya qarşı dövlət səviyyəsində effektiv mübarizə aparmasını və görülən işləri təqdir etdi. Bu da bilavasitə cənab Prezidentin fəaliyyətinə verilən yüksək dəyərdir.

Bütün bu amillərin bariz nəticəsidir ki, dünyanın bir çox inkişaf etmiş ölkələri Azərbaycanla ikitərəfli və çoxtərəfli zəmində münasibət qurmaqda maraqlıdırlar. Bu müsbət tendensiyalar onu deməyə əsas verir ki, möhtərəm Prezidentimiz Azərbaycanda təhlükəsizliyin təminatçısı, əmin-amanlıq və inkişafın qarantıdır. Aparılan islahatlara, uğurlu daxili və xarici siyasətə dəstək və yüksək qiymət yalnız ölkə daxilində xalq tərəfindən verilmir. Bu çoxşaxəli fəaliyyət beynəlxalq arenada da böyük rezonans doğurur.

Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Prezident İlham Əliyevin videobağlantı formatında danışığı da əlaqələrin genişlənməsinin nümunəsidir. Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik edən Litva Prezidenti Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Proqramı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş etdi. Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd etdilər və pandemiya başa çatdıqdan sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildirdilər.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalamışdır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.

Eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilməsi Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə cənab Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir.

Azərbaycan Qoşulmama Hərəkatının sədrlik edən ölkə kimi Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü. Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu faktı bir daha vurğuladı. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Bu amilin özü də cənab Prezidentin bir lider kimi beynəlxalq münasibətlərdə sistemində olan yüksək nüfuzundan xəbər verir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olundu.

Bundan əlavə, Zirvə görüşündə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bölüşdülər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Bütün çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri yüksək qiymətləndirildi ki, belə çətin şəraitdə də bu Azərbaycan üçün böyük fəxr oldu. Bütövlükdə, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilən Zirvə görüşü bir daha onu sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir.

Xüsusi bir məqam ondan ibarətdir ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində bir ilkə də imza atıldı. Belə ki, Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Beləliklə də nəinki normal dünya düzənində, hətta qlobal pandemiyanın yaratdığı mürəkkəb tarixi şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla rastlaşdığı bir zaman kəsiyində Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi.

Qürurverici haldır ki, ölkəmizin Prezidenti bəşər tarixinin ən uğurlu liderlərindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib