MƏDƏNİYYƏT


Səfir: Gürcüstanın bütün bölgələrində “Şuşa İli”nə həsr olunmuş tədbirlər keçiriləcək

Tbilisi, 7 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Bu münasibətlə Gürcüstanın bütün bölgələrində musiqili ədəbi-bədi tədbirlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mayın 7-də Tbilisidə "Şuşa İli"nə həsr olunmuş "Cənnətim Qarabağ" adlı musiqi gecəsindəki çıxışı zamanı söyləyib.

Diplomat deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Gürcüstan dövlətinin və bu ölkədəki soydaşlarımızın dəstəyini hiss etmişik. İnanırıq ki, bu tədbirlər Gürcüstandakı soydaşlarımızın da ürəyincə olacaq.

Səfir bildirib ki, Azərbaycan dövləti sülhün və sabitliyin, inkişafın təhlükəsizliyin tərəfindədir.

“Mən dost və qardaş gürcü xalqına, eləcə də bütün xalqlara sülh və əmin-amanlıq arzulayıram”, - deyə diplomat vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.