CƏMİYYƏT


Səfirlik Dağıstanda baş vermiş yol qəzasında yaralanan soydaşlarımızın durumunu nəzarətdə saxlayır

Moskva, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanın Qayakənd rayonu ərazisində baş vermiş nəqliyyat hadisəsində yaralanan soydaşlarımızın durumunu nəzarətdə saxlayır.

Hadisə ilə bağlı ölkəmizin Moskvadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi barədə səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin hadisəni araşdıran müstəntiqi, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.

Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həlak olub, 7 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 3-ü ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıb. Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər soydaşımız - Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) müalicə olunur, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.