ELM VƏ TƏHSİL
Şəhid kapitan Elnur Cəbrayılova həsr olunan kitab çapdan çıxıb
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi Emil Cəbrayılovun “Şəhid kapitan Elnur Cəbrayılov” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab İkinci Qarabağ müharibəsinin şəhidi, nəşi düşmən tərəfindən gizlədilən və 3 aydan sonra aşkar edilən, müəllifin əmisi oğlu, kapitan Elnur Cəbrayılova həsr olunub. Nəşrdə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan E.Cəbrayılov haqqında onu tanıyanların xatirələri toplanıb, şəhidin qələmə aldığı şeirləri yer alıb. Kitabda, eyni zamanda, işğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimiz, onların siyahısı, şəhidin tərcümeyi-halı və şəkilləri ilə də tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]