CƏMİYYƏT


Şəhidlərdən daha 700 nəfərin 1160 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib

Bakı, 10 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dövlət başçısının 2018-ci il 19 aprel tarixli və 2019-cu il 28 yanvar tarixli fərmanlarına əsasən, ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. İndiyədək 6 min 191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.