CƏMİYYƏT
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
Bakı, 15 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın ilk iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda şura üzvləri öz aralarında şuranın sədri, sədr müavini və katibi vəzifəsini icra edəcək nümayəndələrini seçiblər. Belə ki, İctimai Şuranın sədri “Psixo-Sosial Yardım” İctimai Birliyinin sədri Rüstəm Salayev, sədr müavini “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, katibi isə “Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri” İctimai birliyinin üzvü Taryel Eyvazov seçilib.
İctimai Şura fəaliyyət istiqamətləri üzrə reqlamentin hazırlanması ilə bağlı müzakirələr aparıb və növbəti iclasının keçirilmə vaxtını müəyyən edib.
Qeyd edək ki, İctimai Şuranın səlahiyyət müddəti 2 ildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]