REGİONLAR
Şəkidə 2 min hektaradək sahədə təkrar qarğıdalı əkini proqnozlaşdırılır
Şəki, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Taxıl biçini başa çatdıqdan sonra Şəki rayonunun təsərrüfatlarında 2 min hektaradək sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Qısa müddətdə rayonun Çeşməli, Öryət, Baş Göynük, Aşağı Göynük, Orta Zəyzid kəndlərinin ərazilərində 605 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 86 manat birdəfəlik vəsaitin ödənilməsi nəzərdə tutulur. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]