REGİONLAR
Şəkinin prokurorluq, ədliyyə və polis orqanlarının əməkdaşları yaşıllaşdırma tədbirlərinə fəal qoşulublar
Şəki, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan prokurorluğu, polisi və ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə son günlər Şəki şəhərində təşkil edilən ağacəkmə aksiyalarında Şəki-Qax avtomobil yolunun şimal-qərb hissəsində, yeni inşa olunan Heydər Əliyev Mərkəzinin yaxınlığındakı ərazidə 300 həmişəyaşıl şam ağacı əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiyalarda şəhərdə fəaliyyət göstərən prokurorluq, ədliyyə və polis orqanlarının rəhbər və əməkdaşları ilə yanaşı, ictimaiyyətin nümayəndələri də yaxından iştirak ediblər.
Ərazidə yaşıllaşdırma tədbirlərinin növbəti həftələrdə də davam etdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]