ELM VƏ TƏHSİL
Səkkiz yüz yaşı olan sirli skelet
Bakı, 1 oktyabr, AZƏRTAC
Avstraliyanın Qriffit Universitetinin alimləri bu ölkənin Yeni Cənubi Vels ərazisində aparılan tədqiqat zamanı 800 illik tarixi olan kişi skeletini aşkarlayıblar.
AZƏRTAC svopi.ru saytına istinadla xəbər verir ki, tədqiqatçılar bu insanın başından aldığı bumeranq zərbəsi nəticəsində dünyasını dəyişdiyini müəyyən ediblər. Aparılan araşdırmalar nəticəsində aydın olub ki, ağacdan düzəldilmiş döyüş bumeranqı tayfalar arasında münaqişələr zamanı istifadə olunub.
Qeyd edək ki, skeletin yaxınlığında üzərində insan, silah, qalxan və bumeranq təsvirləri olan qayalar da tapılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]