Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Səmadan bir damla” YARAT-ın pablik-art festivalı

“Səmadan bir damla” YARAT-ın pablik-art festivalı

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 13-dən oktyabrın 5-dək YARAT Müasir İncəsənət Məkanının “Səmadan bir damla” adlı pablik-art festivalı keçiriləcək.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, “Səmadan bir damla” Bakıda keçirilən 3-cü pablik-art festivalıdır. Festivalın başlanğıcı Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir və həmin ərəfədə festivalı daha çox Bakı sakinləri və qonaqları ziyarət edə bilərlər.

Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar festivalda iştirak edəcəklər. Əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də nəzərdə tutulub, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq. Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən Kinoklubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA – Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.

Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival hazırda Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırır. Festival, rus futuristi Velimir Xlebnikovun şeiriyyət və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırır. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanların yeniləşmələrinə müraciət edərək, “Səmadan bir damla” həm keçmişə, həm də gələcəyə uzanan nostalji, bir də qədimlə müasirin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşir.

Festival iyunun 13-də türk əsilli bolqarıstanlı rəssam Ergin Çavuşoğlunun “Mayenin yayılması” (Liquid Breeding) adlı əsəri ilə açılır. İçərişəhərdə nümayiş etdiriləcək bu əsər 2015-ci ildə ərsəyə gətirilib. Əsərin ideyası rəssamın konseptual sənət pioneri Marsel Düşamın yaradıcılığına illər boyu göstərdiyi marağından, eləcə də Bakının şaquli və üfüqi istiqamətlərdə artmasından doğur. Ergin Çavuşoğlunun təqdim etdiyi rəsm həcmli memarlıq modeli (3D) kimi hazırlanıb və ziyarətçilər əsərin üstündən keçməyə dəvət olunurlar. Hər gün adamlar onu tapdalayıb keçirlər, bu da videokamera ilə çəkilir. Kadrlar isə elə bir monitorda göstərilir ki, ona baxanda heykəlin içində gəzən adamlar təəssüratı yaranır. İyunun 13-də Ergin Çavuşoğlu YARAT Müasir İncəsənət Mərkəzində bu festival əsəri barədə məruzə edəcək.

Gənc sənətkar Nəzrin Məmmədova Bakının memarlıq inkişafını daha çox sınağa çəkir. Onun hazırladığı “OUROBORUM” (2015) adlı video oyunu bizə Bakının gələcək görünüşünü müxtəlif hallarda görməyə imkan yaradır. Oyunun iyulun 22-də keçiriləcək təqdimatına ələlxüsus kompyuter oyunçuları dəvət olunurlar ki, bu maraqlı və həvəsləndirici oyuna qatılaraq şəhərimizin gələcək görünüşünü axtarsınlar. Oyunun adı qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan Oroborosa işarə vurur. Həmin əfsanəvi ilan obrazı xeyli populyardır, təkrarlanan yeniləşmə rəmzidir, Azərbaycan mədəniyyətində də, o cümlədən ədəbiyyatdan tutmuş, həndəsi fiqurlar dilinə, futuristik memarlığa, ənənəvi və müasir musiqimizədək dəfələrlə öz əksini tapıb. Oyunun iPhone platformasına uyğun variantını internetdən pulsuz əldə etmək olacaq. “OUROBORUM” oyun proqramını onlayn yükləmək mümkün olacaq.

Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi” (2015) adlı neon işıqlı bilbord layihəsinin açılışı iyunun 26-da keçiriləcək. Layihənin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərhad Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan obyektlərin bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.

Oktyabrın əvvəllərində İraq-Amerika mənşəli rəssam Vafaa Bilal özəl bir kamera-obskura heykəli hazırlayacaq. Heykəlin adı “Mövcudların iyerarxik düzümü”dür və ilk dəfə belə heykəl 2013-cü ildə Maraya Art Park (Birləşmiş Ərəb Əmirlikləri) üçün hazırlanıb. Vafaa Bilalın layihəsi ilk İslam alimlərindən, xüsusilə optika və kinetik hərəkət sahəsində iki mötəbər iraqlı alimin (İbn Əl-Haytam və Əl-Cəzari) işlərindən ilham alır. Bakı kontekstində Bilal memarlığın əhali ilə əlaqəsinə nəzər salır –Xəzər sahilində qurulmuş möhtəşəm daimi instalyasiya olduğunu, daim genişləndiyini və yalnız sahildən o yana addımlaya bilmədiyini qeyd edir.

Festivalla əlaqədar olaraq, iyun ayında sənətkar görüşləri şəklində maraqlı tədris proqramı da həyata keçiriləcək. İyuldan avqust ayınadək YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının açıq kinoteatrında fantastika və futurizm filmlərinin silsilə nümayişi keçiriləcək. Proqrama Larissa Sansur, Şezad Davud, Deniz Üster və Vahid Vakilifar kimi müasir sənətkar və rejissorların əsərləri daxildir. Bunlardan əlavə, memar və AA-nın müəllimləri olan Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında London Memarlar Birliyinin əməkdaşlığı ilə təşkil olunmuş AA-Baku məktəbi əsasında ikihəftəlik xüsusi praktiki məşğələ də keçiriləcək. AA-Baku məktəbi Qafqaz regionunda bu qəbildən ilk məktəb olacaq. Burada memar, yazıçı, rəssam və filosoflara fikir mübadiləsi aparmaq üçün yer ayrılacaq, məkanı düşünən müasir ideyalara dair intensiv praktiki məşğələdə iştirak etməyə imkan yaradılacaq.

Sara Raza 1979-cu ildə Surrey şəhərində (Birləşmiş Krallıq) anadan olub. Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratorudur. O, YARAT Müasir İncəsənət Mərkəzinin tədris və ictimai proqramlarına rəhbərlik edir, “ArtAsiaPacific” jurnalının Qərbi və Orta Asiya üzrə buraxılış redaktorudur. Sara Raza son on ildə bir sıra sərgilər təşkil edib. Həmin sərgilərin keçirildiyi yerlər arasında Şarjada yerləşən Maraya İncəsənət Mərkəzi də var. Sara Raza orada Adel Abidin, Vafaa Bilal və Məhəmməd Kazım kimi rəssamlarla əməkdaşlıq edib. Sara Razanın təşkil etdiyi sərgilərin başqa bir ünvanı Ər-Riyadda yerləşən Alaan İncəsənət Məkanıdır. O, Səudiyyə Ərəbistanın üç qadın-rəssamının əsərlərini nümayiş etdirən “Zərif qüvvə” (2012), həmçinin gənc rəssamların sərgisini təşkil edib. Sara Raza 55-ci Venesiya Biennalesində “Edge of Arabia” tərəfindən sifariş olunmuş Rhizoma sərgisinin kuratorlarından biri olub. O, XX əsr incəsənətinin tarixi və nəzəriyyəsi üzrə London Universitetinin Goldsmiths Kollecini bitirərək, magistr dərəcəsini qazanıb. Fəlsəfə elmləri namizədidir, hazırda Royal İncəsənət Kollecində Orta Asiyanın müasir incəsənəti üzrə tədqiqat işi aparır və həmin tədqiqat mövzusunda “Punk Orientalism” adlı kitabının redaktə işi ilə məşğuldur.

Bakıda yerləşən YARAT qeyri-kommersiya təşkilatı 2011-ci ildə Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən təsis edilib. Təşkilat ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edir. 2012-ci ildə YARAT tərəfindən YAY Qalereyası təsis edilib. YARAT bu il 56-cı Venesiya Biennalesinin müstəqil tədbirlər proqramında iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO