CƏMİYYƏT
Şəmkir su anbarının sağ sahilində icazəsiz balıq ovlayan şəxs saxlanılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Şəmkir su anbarının sağ sahilində istifadəsi qanunvericiliklə qadağan edilmiş sintetik saplı torla balıq ovlayan şəxs saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayonunun Xuluf kənd sakini Tural Rzazadə olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 429 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]