REGİONLAR
Şəmkirdə Çin texnologiyası əsasında 49 min tut tingi əkilir
Şəmkir, 12 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Şəmkirdə baramaçılığın inkişafına göstərilən xüsusi diqqət, bu sahədə aparılan izahat-təbliğat işləri, fermerlərə hərtərəfli dəstək artıq öz bəhrəsini verməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 40 mininin Şəmkir rayonu ərazisində əkilməsi nəzərdə tutulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 9 minə yaxın yerli tut tinginin əkilməsi də yaxın zamanda həyata keçiriləcək.
Hazırda rayon icra hakimiyyətinin bölgüsü əsasında qəsəbə və kəndlərdə tut tinglərinin əkilməsinə start verilib.
Qeyd edək ki, bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglər Çin texnologiyası əsasında əkilir. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılır.