REGİONLAR
Şəmkirdə xalçaçılıq müəssisəsi yaradılır
Şəmkir, 14 fevral, AZƏRTAC
Şəmkir rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl işlər görülür. Rayonda xalçaçılığın qədim tarixinin olması nəzərə alınaraq, yeni xalça istehsalı müəssisəsinin tikintisi nəzərdə tutulub.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, “Azərxalça” ASC-nin Şəmkir xalça toxuculuğu müəssisəsinin yaradılmasına başlanılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, müəssisənin yaradılması üçün Bakı-Qazax avtomobil yolunun 390-cı kilometrində “TRADE” market MMC-yə məxsus mağaza kompleksinin 1200 kvadratmetrlik hissəsində xalça fabrikinin layihəsinə uyğun olaraq rekonstruksiya işləri aparılır. Fabrikdə 150 nəfərin işlə təmin olunması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:14]
Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb
- 08.05.2024 [20:40]
Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib
- 08.05.2024 [20:16]
Naxçıvanda Kitab festivalı keçirilir
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]