İQTİSADİYYAT


“Sənayenin inkişafına dəstək” adlı müsabiqə keçirilir

“Sənayenin inkişafına dəstək” adlı müsabiqə keçirilir

Bakı, 29 mart, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.

Fonddan AZƏRTAC-a bildirilib ki, qaliblər müsabiqə şərtləri daxilində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş və sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların layihələrinin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.

Müsabiqə aşağıdakı şərtlər əsasında keçirilir: Kreditlər yalnız sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilməlidir; Müsabiqədə fond tərəfindən cari ilin martın 1-dən iyulun 1-dək kredit ayrılmış mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus layihələrin sayı əsas götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.