REGİONLAR


Səpində yerli şəraitə uyğun kondisiyalı toxumlardan istifadə olunur

İsmayıllı, 12 noyabr, AZƏRTAC 

İsmayıllı rayonunda payızlıq taxıl əkini kampaniyası sürətlə davam edir və bunun üçün 29 min 500 hektarda şum çıxarılıb, indiyədək 19 min 500 hektarda səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, son günlər havaların yağıntılı olması taxılçıların işinə mane olsa da, əlverişli keçən günlərdə sahələrə 100-ə yaxın texnika və aqreqat çıxarılır. Rayonun şimal dağlıq zonası olan Təzəkənd, Qoşakənd, Sulut və Xankənd ərazilərində səpin tam başa çatdırılıb. Digər ərazi dairələrində əkin davam etdirilir.

Hər yerdə sahələrin əkinə hazırlanması və səpinin aqrotexniki tələblər səviyyəsində aparılması ciddi diqqət mərkəzindədir. Əkin fosforlu gübrə ilə aparılır, yerli şəraitdə uyğun kondisiyalı toxumlardan istifadə olunur. Qeyd edək ki, rayonda 30 min hektarda payızlıq dənlilərin əkilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.