İDMAN
Sərbəst güləş üzrə yığmamız Kislovodskda təlim-məşq toplanışını davam etdirir VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
Sərbəst güləş üzrə yığmamız Rusiyanın kurort şəhəri Kislovodskda təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, fevralın 14-dən qonşu ölkədə hazırlıq keçən millimiz gündə 3 dəfə məşqə çıxır. On beş günlük toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Yüklənmə fonunda məşqləri davam etdirən güləşçilərimiz həftədə 2 dəfə xalça üzərində də hazırlıq keçirlər.
Xatırladaq ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun sərəncamında 16 güləşçi var. Nümayəndə heyətinə Azərbaycan Gükəş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]