İDMAN


Sərbəst güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 19-da Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.

Aprelin 18-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) yunanıstanlı Yannis Martidis, Əhmədnəbi Qvarzatilov (61 kq) Almaniya təmsilçisi Viktor Lizen, Əli Rəhimzadə (65 kq) ermənistanlı Gevorq Tadevosyan, Turan Bayramov (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya), Əşrəf Aşırov (74 kq) türkiyəli Fazlı Eryılmaz, Rəşad Yusifli (79 kq) Polşa güləşçisi Andrey Sokalski, Hacımurad Məhəmmədsəidov (86 kq) Artur Nayfonov (Rusiya), Osman Nurməhəmmədov (92 kq) almaniyalı Robin Ferdinand, Şamil Zubairov (97 kq) isə rumıniyalı Albert Saritov ilə qarşılaşacaq.

Qeyd edək ki, aprelin 19-da 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.