İQTİSADİYYAT


Sərəncam: “Azərbaycan” İES-də təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 48 milyon manat ayrılıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) əsaslı təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 48 milyon manat ayırıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 30-da “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.