CƏMİYYƏT


Sərvətlərimizin talanmasına qarşı ekofəalların qətiyyəti diqqətəlayiqdir

Sərvətlərimizin talanmasına qarşı ekofəalların qətiyyəti diqqətəlayiqdir

Bakı, 25 yanvar, AZƏRTAC

Ölkəmizin sərvətlərinin talanmasına qarşı Azərbaycan gənclərinin, ekofəalların qətiyyət göstərməsi, bir aydan artıq davam edən etiraz aksiyasında iştirak etmələri həqiqətlərimizi dünyaya çatdırmaları diqqətəlayiqdir. Gənclərimizlə fəxr edirik. Gənclər və idman komitəsinin üzvləri olaraq həmin gənclərin yanında olmaq və dəstək vermək hər birimizin borcudur.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Mahir Abbaszadə yanvarın 25-də komitənin yaz sessiyasında keçirilən ilk iclasında deyib.

Komitə üzvü bildirib ki, işğaldan azad edilən ərazilərdə gənclərin sağlam həyat tərzinə yiyələnmələri məqsədilə idman qurğularının və stadionların inşası, köhnələrinin bərpası prosesi diqqətdə saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.