SİYASƏT
Səsvermənin gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb
Bakı, 23 dekabr, Xalid Məmmədov, AZƏRTAC
13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi məntəqələrdə bələdiyyə seçkiləri şəffaf və demokratik şəraitdə davam edir, heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər və müşahidəçilər səsvermənin gedişindən razıdırlar.
Bu sözləri 13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov AZƏRTAC-a bildirib. O, deyib ki, 13 saylı Xəzər - Pirallahı seçki dairəsi üzrə saat 12.00-dək 43713 seçicidən 9189 nəfər (20,23 faiz) istədiyi namizədə səs verib.
14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının sədri İmran Qəmbərov isə bildirib ki, dairə üzrə saat 12.00-dək 43924 seçicidən 11067 nəfər (23,34 faiz) istədiyi namizədə səs verib. Məntəqələrdə həyata keçirilmiş texniki-təşkilati işlər hər bir seçicinin iradəsini sərbəst, heç bir maneə olmadan ifadə etməsinə imkan verir.