DÜNYA


Səudiyyə Ərəbistanı “Əl-Qaeda” liderinin öldürülməsi barədə ABŞ Prezidentinin bəyanatını alqışlayıb

Qahirə, 2 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanı “Əl-Qaeda” terror təşkilatının lideri Ayman Al-Zavahirinin öldürülməsi barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatını alqışlayıb.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bununla bağlı bəyanatında dünyada terrorizmin liderlərindən biri olan Al-Zavahirinin ABŞ, Səudiyyə Ərəbistanı və digər ölkələrdə xain terror aktlarının təşkilatçısı olduğunu, onun əlinin müxtəlif millətlərə və dinlərə mənsub olan minlərlə günahsız insanın, o cümlədən Krallığın vətəndaşlarının qanına batdığını qeyd edib.

Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı terrorizmə qarşı mübarizədə bütün ölkələrin səylərini birləşdirməyin əhəmiyyətini vurğulayır, həmçinin beynəlxalq ictimaiyyəti dinc insanların terror təşkilatlarından qorunması istiqamətində əməkdaşlığa çağırır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.